Prezident: “İşğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinə gələn il
2,4 milyard dollar ayrılacaq”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Üç il əvvəl Vətən müharibəsi başa çatdıqdan dərhal sonra Azərbaycan işğaldan
azad olunmuş ərazilərində genişmiqyaslı bərpa-quruculuq işlərinə başladı. Bu
məqsədlə artıq Azərbaycan büdcəsindən yeddi milyard ABŞ dolları həcmində vəsait
sərf edilib. Növbəti il ən azı 2,4 milyard ABŞ dollarının ayrılacağı nəzərdə
tutulur”.
AZƏRTAC
xəbər verir ki, bu fikri Azərbaycan Prezidentiİlham Əliyev Türk Dövlətləri
Təşkilatının “Türk Əsri” çağırışı altında noyabrın 3-də Astanada keçirilən
10-cu yubiley Zirvə görüşündə çıxışında deyib.
“Böyük Qayıdış Proqramı”nın icra olunduğunu vurğulayan dövlətimizin başçısı
qeyd edib:
“Artıq keçmiş məcburi köçkünlər – bu torpaqların əsl sahibləri Laçın və Füzuli
şəhərlərinə və üç kəndə qayıdıb. 2026-cı ilin sonunadək Qarabağa və Şərqi
Zəngəzura 140 mindən artıq insanın geri dönməsi nəzərdə tutulur”.
Azərbaycan Prezidenti Füzuli şəhərində inşası başa çatmış məktəbə görə
Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə və inşa edilən yaradıcılıq mərkəzinə
görə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə təşəkkürünü bildirərək deyib:
“Bunlar Azərbaycan və Özbəkistan, Azərbaycan və Qazaxıstan xalqları arasında
olan dostluğun və qardaşlığın təzahürüdür”.