2e373926-7e7f-4ecc-bb71-2865c0cafa01..jpg

Prezident İshak Hersoq İsrailə hücumda İranı da ittiham etdi – FOTO

Baxış sayı: 599 dəfə baxılıb.

Prezident İshak Hersoq İsrailə hücumda İranı da ittiham etdi – FOTO

İsrail Prezidenti İshak Hersoq dünya ictimaiyyətini yəhudi dövlətinə qarşı
hücumlara görə məsuliyyət daşıyan HƏMAS terror təşkilatını mühakimə etməyə
çağırıb.

İshak Hersoq bununla bağlı öz “X” sosial şəbəkə hesabında paylaşım edib.

“Bu gün biz HƏMAS-ın – məqsədi günahsız insanları, kişiləri, qadınları və
uşaqları soyuqqanlılıqla qətlə yetirmək olan terror təşkilatının əsl simasını
gördük”, – İshak Hersoq paylaşımda bildirib.

İsrail prezidenti həmçinin İranı da baş verən hadisələrdə və HƏMASA
tərəfdaşlıq etməkdə ittiham edib.

“İsrail hakimiyyəti vətəndaşlarımıza qarşı bu açıq və mövcud təhlükəni aradan
qaldırmaq üçün bütün lazımi tədbirləri görəcək. İsrail bütün çətinliklərin
öhdəsindən gələcək. Artıq dünyanın İsrailin yanında olmasının və HƏMAS-ı, onun
müttəfiqlərini və İrandakı tərəfdarlarını açıq və birmənalı şəkildə mühakimə
etməsinin vaxtı çatıb, – deyə o əlavə edib.

Now is the time to stand firm with Israel in support of its just and moral
battle in the face of an abhorrent enemy.
— יצחק הרצוג Isaac Herzog (@Isaac_Herzog) October 7, 2023

Today we saw the true face of Hamas. A terrorist army whose only goal is the
cold-blooded murder of innocent men, women, and children.
— יצחק הרצוג Isaac Herzog (@Isaac_Herzog) October 7, 2023

I call upon the family of nations – this war waged against us marks a line in
the sand. Now is the time to hear clear, unequivocal condemnation of Hamas, its
allies, and its backers in Iran.
— יצחק הרצוג Isaac Herzog (@Isaac_Herzog) October 7, 2023

Source link