Prezident köməkçisi: “Peşəkar jurnalistilər üçün imtiyazlar olmalıdır”

Baxış sayı: 497 dəfə baxılıb.

Prezident köməkçisi: “Peşəkar jurnalistilər üçün imtiyazlar olmalıdır”

“Mediada yeni tendensiyalar təşəkkül tapıb”.

“Trend” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident
Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev
“4-cü Sənaye İnqilabı dövründə Yeni Media” Şuşa Qlobal Media Forumu zamanı
çıxışında deyib.

“Peşəkar jurnalistlər üçün imtiyazlar olmalıdır. Azərbaycan mediasına da bir
sıra çağırışlar aiddir. Biz bunları gündəlik işimizdə də hiss edirik. 1991-ci
ildə Azərbaycan müstəqilliyini əldə etdikdən sonra müstəqil media ortaya
çıxdı”,- deyə H.Hacıyev əlavə edib.

Qeyd edək ki, iyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” Şuşa
Qlobal Media Forumu başlayıb. Tədbirə ümumilikdə 120 media subyekti və 50
ölkədən 250-dən çox qonaq qatılıb. Açılış mərasimindən sonra forum sessiyalarla
davam edir. Sessiyalarda medianın gələcəyi – rəqəmsal dövrdə jurnalistika və
kommunikasiyada yeni alətlər, mediada investisiya və istehlak tendensiyaları və
digər mövzular xarici və yerli mütəxəssislər tərəfindən panel müzakirəyə
çıxarılacaq. Qlobal forum çərçivəsində, eyni zamanda, bəzi paralel tədbirlərin
– sərgi və təlimlərin də keçirilməsi nəzərdə tutulur.

Forum 23 iyul axşama qədər davam edəcək.

Source link