fd0bfb19-e22f-4822-b8b8-d51b31fc5e37..jpg

Prezident Mərakeşlə imzalanmış üç sənədi təsdiqlədi

Baxış sayı: 406 dəfə baxılıb.

Prezident Mərakeşlə imzalanmış üç sənədi təsdiqlədi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan Respublikası Hökuməti ilə Mərakeş Krallığı Hökuməti arasında
energetika sahəsində əməkdaşlığa dair Saziş” təsdiqlənib.

President.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq
fərmanı imzalayıb.

Dövlət başçısının imzaladığı digər fərmanla
“Azərbaycan Respublikası hökuməti
ilə Mərakeş krallığı hökuməti arasında logistika sahəsində əməkdaşlıq haqqında
Çərçivə Sazişi” də təsdiqlənib.

Bundan başqa, İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Mərakeş
Krallığı Hökuməti arasında ətraf mühit və dayanaqlı inkişaf sahələrində
əməkdaşlığa dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqındafərmanı
da imzalayıb.

Qeyd edək ki, hər üç sənəd 2023-cü il noyabrın 13-də Rabat şəhərində imzalanıb.

Source link