Prezident MDB ölkələri ilə imzalanmış protokolu təsdiq etdi

Baxış sayı: 1. 051 dəfə baxılıb.

Prezident MDB ölkələri ilə imzalanmış protokolu təsdiq etdi

Prezident İlham Əliyev “Birliyin iştirakçısı olan dövlətlərin geodeziya,
xəritəçəkmə, kadastr və Yerin məsafədən zondla tədqiq edilməsi sahələrində
qarşılıqlı fəaliyyəti haqqında 1992-ci il 9 oktyabr tarixli Sazişdə dəyişiklik
edilməsi barədə” Protokolun təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının
Qanununu imzalayıb.

Bununla bağlı President.az
məlumat yayıb.

Qanuna əsasən, Müstəqil Dövlətlər Birliyinin Hökumət Başçıları Şurasının Minsk
şəhərində keçirilmiş 2021-ci il 28 may tarixli iclasında imzalanmış “Birliyin
iştirakçısı olan dövlətlərin geodeziya, xəritəçəkmə, kadastr və Yerin məsafədən
zondla tədqiq edilməsi sahələrində qarşılıqlı fəaliyyəti haqqında 1992-ci il 9
oktyabr tarixli Sazişdə dəyişiklik edilməsi barədə” Protokol Azərbaycan
Respublikasının ona dair qeyd-şərti ilə təsdiq edilib.

Source link