5f8b50fe-f8c1-4963-8e82-8ad506a265aa.webp

Prezident Naftalan nefti ilə bağlı sərəncam verdi

Baxış sayı: 359 dəfə baxılıb.

Prezident İlham Əliyev sağlamlıq turizminin inkişafında Naftalan neftinin
rolunun artırılması ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

Cixisyolu.com bildirir ki, bu barədə President.az
xəbər verir.

Sərəncamla Naftalan neftinin çıxarılması, emalı, təchizatı proseslərinin
təkmilləşdirilməsi, Naftalan neftindən və ondan hazırlanan preparatlardan
istifadənin genişləndirilməsi, eləcə də Naftalan şəhərinin sağlamlıq turizmi
şəhəri kimi dünyada tanıdılması məqsədilə Nazirlər Kabineti altı ay müddətində:

– Naftalan neftinin və ondan hazırlanan preparatların müalicəvi təsirinin
beynəlxalq miqyasda tanıdılmasını təmin etmək məqsədilə yeni tibbi araşdırmalar
aparılmasına və sözügedən məhsullardan tibbi məqsədlər üçün daha geniş istifadə
olunmasına dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim
etməli;

– Naftalan neftinin çıxarılması, emalı, saxlanılması və sanatoriya-kurort
müəssisələrinə paylanılması qaydalarını təsdiq edib Azərbaycan Respublikasının
Prezidentinə məlumat verməli;

– “Təbii müalicə ehtiyatları, müalicə-sağlamlaşdırma yerləri və kurortlar
haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq,
“Naftalan” Kurortu haqqında əsasnaməni iki ay müddətində təsdiq edib Azərbaycan
Respublikasının Prezidentinə məlumat verməlidir.

Həmçinin, bu sərəncamdan irəli gələn digər məsələlərin həlli də Nazirlər
Kabinetinə həvalə olunur.
İlham Əliyev Nazirlər Kabineti
Naftalan nefti
Sərəncam
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın

*
*
*
*
* Cixisyolu.com/960962 1538 82 12 Paylaş
Source link