ecbfda4f-1d8b-4cee-a638-3d0aa2e6d90d..jpg

Prezident: “Pandemiya zamanı Çinin Azərbaycana vaksinlər ayırması dostluğumuzun bariz nümunəsidir”

Baxış sayı: 2. 564 dəfə baxılıb.

Prezident: “Pandemiya zamanı Çinin Azərbaycana vaksinlər ayırması
dostluğumuzun bariz nümunəsidir”

“COVID-19 pandemiyası zamanı Çin ölkəmizə vaksinlər ayırdı və bunun
nəticəsində Azərbaycan dünyada vaksinasiyaya başlayan ilk ölkələrdən biri oldu”.

AZƏRTAC

xəbər verir ki, bu barədə Prezidentİlham Əliyev Çin Hökumətinin Avropa
məsələləri üzrə xüsusi nümayəndəsi Vu Honqbonu qəbul edərkən bildirib.

Çinin Azərbaycana vaksinlər ayırmasını ölkələrimiz arasında dostluğun bariz
nümunəsi kimi dəyərləndirən dövlətimizin başçısı bu faktın Azərbaycan dövləti
və xalqı tərəfindən çox yüksək qiymətləndirildiyini deyib.

Prezident İlham Əliyev Vu Honqbonun Bakıda keçiriləcək növbəti Qlobal Forumda
iştirakını yüksək qiymətləndirib və onun səfərinin əlaqələrimizin genişlənməsi
işinə töhfə verəcəyinə əminliyini ifadə edib.

Source link