Prezident: “Qarabağ erməniləri ilə bağlı atdığımız addımlar göstərdi ki, biz
istəyirdik, onlar qalsınlar”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Öz evlərini tərk etmiş insanlara (Qarabağ erməniləri – red.) gəldikdə,
əvvəlcə, bu, onların öz qərarı idi. Qarabağ erməniləri ilə bağlı ictimaiyyətə
verdiyimiz bəyanat və sonradan atdığımız addımlar göstərdi ki, biz istəyirdik,
onlar qalsınlar. Biz açıq şəkildə elan etdik və mən antiterror tədbirləri başa
çatdıqdan sonra Azərbaycan xalqına müraciətimdə bildirdim ki, onlar qala
bilərlər”.
AZƏRTAC
xəbər verir ki, bu fikri Azərbaycan Prezidentiİlham Əliyev “Euronews”
televiziyasına müsahibəsində deyib.
Azərbaycanın bunun üçün elektron qeydiyyat portalı açdığını vurğulayan
dövlətimizin başçısı bildirib:
“Qayıtmaq istəyən hər kəsin belə bir hüququ var. Onların mülkiyyəti lazımi
dərəcədə qorunur. Bütün tarixi və dini yerlər lazımınca qorunur. Geri qayıtmaq
üçün onlar müəyyən qaydalara əməl etməlidirlər və mən antiterror tədbirlərinin
keçirilməsindən bir neçə ay əvvəl demişdim ki, qalmaq istəyənlər Azərbaycan
vətəndaşlığı üçün müraciət etməlidirlər. Çünki insanlar başqa ölkənin vətəndaşı
olmaqla Azərbaycanda necə yaşaya bilərlər? Ya vətəndaşlıq, ya iş icazəsi, ya da
yaşayış icazəsi olmalıdır. Onlar dırnaqarası “dağlıq qarabağ respublikasında”
yaşadıqlarını deyərək Azərbaycanda yaşaya bilməzlər. Çünki dırnaqarası “dağlıq
qarabağ respublikası” mövcud deyil. Onlar bunu öz xəyallarında, mifologiyasında
uydurublar. Onlar Azərbaycan vətəndaşları olaraq Azərbaycanda yaşamaq
istəyirlərsə, əlbəttə ki, bunu edə bilərlər”.