Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hüquqi baza yaradılıb.
ÇıxışYolu.Com-ın xəbərinə görə, bunu prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.
Dövlət başçısı bildirib ki, Avropa İttifaqının “Şərq tərəfdaşlığı” konfransında qəbul edilən qətnamə də ədaləti və beynəlxalq hüququ əks etdirir.