Prezident: Qarabağın əsas problemi Ermənistanın status-kvonu dəyişmək istəməməsidir

Prezident: Qarabağın əsas problemi Ermənistanın status-kvonu dəyişmək istəməməsidir

Baxış sayı: 2. 153 dəfə baxılıb.

“Ermənistan status-kvonu dəyişmək istəmir. Ermənilər sözdə danışıqlar aparmaq arzusunu ifadə etsələr də, əslində  danışıqları imitasiya etməklə məşğul olurlar”

ÇıxışYolu.Com xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinə verdiyi müsahibədə  bildirib.

Dövlət başçısı qeyd edib ki, vasitəçilik missiyası mandatına malik olan, Minsk qrupunun həmsədrləri olan ölkələr – Rusiya, Fransa və ABŞ dövlət başçıları səviyyəsində birgə bəyanatlarında status-kvonun  qəbuledilməz olduğunu və onun dəyişməli olduğunu dəfələrlə bildiriblər

 “Biz bu mövqeni tamamilə bölüşürk və bu cür bəyanatların çox düzgün olduğunu hesab edirik. Lakin biz konkret fəaliyyət gözləyirik. Bəyanatlar, əlbəttə, vacibdir, lakin bizə bu məsələnin tənzimlənməsi lazımdır. Məsələnin tənzimlənməsi üçün bütün hüquqi mexanizmlər mövcuddur. 

BMT Təhlükəsizlik Şurası 20 ildən çox bundan əvvəl erməni qoşunlarının işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. Bu qətnamələr öz qüvvəsini saxlayır və onlar yerinə yetirilməlidir.

Lakin Ermənistan onları yerinə yetirməkdən imtina edir. Təəssüf ki, bu imtinaya görə Ermənistana qarşı heç bir sanksiya tətbiq edilməyib”.

“ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, Qoşulmama Hərəkatı və digər təşkilatlar oxşar qətnamələr qəbul ediblər. Ermənistan həmin qətnamələri yerinə yetirmir.

Azərbaycan torpaqlarının işğalı davam edir. İşğal nəticəsində bir milyondan çox azərbaycanlı öz torpağında məcburi köçkün, qaçqın vəziyyətinə düşüb. Bizim şəhərlərimiz dağıdılıb, insanlarımız öz yurdlarından qovulub.

Bizə qarşı etnik təmizləmə həyata keçirilib. Bütün bunlar faktlar və materiallarla sübut edilib. Bu cür materiallar kifayət qədərdir”.

 “ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, Qoşulmama Hərəkatı və digər təşkilatlar oxşar qətnamələr qəbul ediblər. Ermənistan həmin qətnamələri yerinə yetirmir.

Azərbaycan torpaqlarının işğalı davam edir. İşğal nəticəsində bir milyondan çox azərbaycanlı öz torpağında məcburi köçkün, qaçqın vəziyyətinə düşüb. Bizim şəhərlərimiz dağıdılıb, insanlarımız öz yurdlarından qovulub. Bizə qarşı etnik təmizləmə həyata keçirilib. Bütün bunlar faktlar və materiallarla sübut edilib. Bu cür materiallar kifayət qədərdir”.

“Məsələnin tənzimlənməməsinin başlıca səbəbi ondan ibarətdir ki, Ermənistan status-kvonu dəyişmək istəmir. Ermənilər sözdə danışıqlar aparmaq arzusunu bildirir, əslində isə danışıqları imitasiya etməklə məşğul olur və əllərindən gələni edirlər ki, siz demişkən, hər şey dairə boyunca təkrarlansın və bu prosesin sonu olmasın. Bu isə istər bizim üçün, istərsə də dünya birliyi üçün qəbuledilməzdir.

Buna görə də BMT Təhlükəsizlik Şurasının qətnamələrinin Ermənistan tərəfindən tezliklə yerinə yetirilməsi, Azərbaycan ərazilərinin işğaldan azad edilməsinə tezliklə başlanması, – axı, təkcə Dağlıq Qarabağ deyil, həm də Azərbaycan SSRİ-nin Dağlıq Qarabağ Muxtar Vilayətinə heç bir aidiyyəti olmayan və olmamış 7 Azərbaycan rayonu da işğal altındadır, – münaqişənin mərhələli tənzimlənməsində birinci addım olmalıdır və münaqişə beynəlxalq hüququn normaları və prinsipləri əsasında həll edilməlidir”, – deyə prezident qeyd edib.

www.ÇıxışYolu.Com