8eec3b63-9ded-4ccb-946f-6d26ff7444b3..jpg

Prezident Sərsəng su anbarı ərazisində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb – YENİLƏNİB + FOTO

Baxış sayı: 723 dəfə baxılıb.

Prezident Sərsəng su anbarı ərazisində Azərbaycan Respublikasının Dövlət
Bayrağını ucaldıb – YENİLƏNİB + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Sərsəng su
anbarının ərazisində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.

AZƏRTAC

xəbər verir ki, sonra dövlətimizin başçısı su anbarının ərazisinə baxdı.

Qeyd edək ki, mühüm strateji əhəmiyyətə malik Sərsəng su anbarı Ulu Öndər
Heydər Əliyevin təşəbbüsü ilə tikilib. 1976-cı ildə Ümummilli Lider Heydər
Əliyev su anbarının açılışında şəxsən iştirak edib.

Sərsəng su anbarı Azərbaycanın ən bolsulu çaylarından olan Tərtərçayın
üzərində yerləşir. Ümumi həcmi 560 milyon kubmetr olan su anbarı Qarabağ
iqtisadi rayonunun ən iri su hövzəsidir. Bəndin hündürlüyü 125, uzunluğu 555,
eni isə 10,2 metrdir. Sərsəng su anbarı vasitəsilə Bərdə, Tərtər, Ağdam,
Ağcabədi, Yevlax və Goranboy rayonlarında, ümumilikdə 96 min hektardan çox
ərazi suvarılır. Su anbarının bəndində ümumi gücü 50 meqavat olan su elektrik
stansiyası tikilib.

12:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Sərsəng su
anbarının ərazisində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.

Bu barədə AZƏRTAC

məlumat yayıb.

Source link