Prezident seçkilərdə iştirak etmiş bütün namizədlərə təşəkkür edib

Prezident seçkilərdə iştirak etmiş bütün namizədlərə təşəkkür edib

Baxış sayı: 2. 169 dəfə baxılıb.

Son 15 il ərzində Azərbaycanda siyasi mübarizə mədəniyyəti istiqamətində də müsbət meyillər müşahidə olunur. Prezident seçkiləri kampaniyası bunu bir daha göstərdi.

ÇıxışYolu.Com xəbər verir ki, bu fikri prezident İlham Əliyev aprelin 18-də andiçmə mərasimində bildirib.

Dövlət başçısı deyib:

“Namizədlərin çıxışlarında kifayət qədər kəskin tənqidi fikirlər səslənib. Mən bunu alqışlayıram, müsbət hal kimi qiymətləndirirəm. Bu, siyasi mübarizənin düzgün istiqamətdə inkişaf etməsindən xəbər verir.

Qeyd etməliyəm ki, prezident seçkiləri kampaniyası zamanı namizədlər tərəfindən qaldırılmış məsələlərə diqqətlə baxılacaq və dəyərli təkliflər nəzərə alınacaq. Bir sözlə, bu 15 il ərzində biz çalışmışıq ki, Azərbaycanda siyasi mübarizə sivil qaydada təmin olunsun və böyük dərəcədə buna nail ola bilmişik.

Fürsətdən istifadə edərək, seçkilərdə iştirak etmiş bütün namizədlərə öz təşəkkürümü bildirirəm, onlara gələcək fəaliyyətlərində uğurlar diləyirəm”.

www.ÇıxışYolu.Com