Prezident seçkiləri ilə bağlı YAP-ın yerli qərargahları yaradılıb, tərkibi
təsdiqlənib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Dekabrın 17-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Seçki Qərargahının
ilk iclası keçirilib.
“Report” xəbər verir ki, iclasda 2024-cü il fevralın 7-nə təyin edilmiş
növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərindəİlham Heydər oğlu
Əliyevin namizədliyinin təsdiq edilməsi üçün tələb olunan sənədlərin Azərbaycan
Respublikası Seçki Məcəlləsinin 54.5 maddəsinə əsasən 2023-cü il dekabrın 16-da
Mərkəzi Seçki Komissiyasına təqdim edildiyi, Yeni Azərbaycan Partiyasının
Tədbirlər Planında əks olunan digər əsas hərəkət və tədbirlərin də müəyyən
olunmuş müddətlərdə icrasının zəruriliyi qeyd olunub.
Müzakirələrdən sonra yerli qərargahların yaradılması haqqında qərar qəbul
edilib və hər bir inzibati ərazi vahidi üzrə YAP yerli seçki qərargahlarının
tərkibi təsdiqlənib.