Aprelin 11- də Azərbaycan növbəti siyasi kampaniyanı uğurla başa çatdırdı. Həmin gün prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi son 15 ildə müstəqil Azərbaycanı inkişaf və tərəqqi yolunda zirvələrə doğru inamla aparan Prezident İlham Heydər oğlu Əliyev böyük səsçoxluğu ilə qələbə qazandı. Xalqın güclü dəstəyi və yüksək seçki fəallığı ilə keçirilən bu seçkilər, eləcə də səsvermənin nəticələri seçicilərin qüdrətli çiçəklənən Azərbaycanın quruculuq kursu və inkişafı ilə yüksək həmrəyliyini bir daha təsdiq etdi. Böyük fərəh hissi ilə demək olar ki, aprelin 11-də müasir tariximizin yeni şanlı səhifəsi yazıldı,Azərbaycanın inkişafı, tərəqqisi yolunda keyfiyyətcə yeni mərhələni başlanğıcı qoyuldu.
Bu seçkilərdə cənab İ.Əliyevin qələbəsi həm də son 15 ildə respublikamızın əldə etdiyi nailiyyətlərə, keçdiyi şərəfli və uğurlu yola,ışıqlı gələcəyə, inamlı sabahlara qədirbilən xalqımızın, milyonlarla vətəndaşımızın verdiyi qiymətin, göstərdiyi ehtiram və etimadın parlaq töhfəsi kimi dəyərləndirilməlidir.
Bu gün Azərbaycanda sabitlik, inkişaf və tərəqqi məhz ölkə başçısının uzaqgörən və məqsədyönlü siyasəti nəticəsində ölkəmizi regionun lider dövlətinə çevirib, Azərbaycanın təşəbbüsü, əzmi ilə dünyanın enerji təhlükəsizliyinə böyük töhfələr verən regional və qlobal enerji lahiyələri reallaşdırılıb. Dünyada baş verən mürəkkəb proseslər, müşahidə olunan təhdidlər fonunda Azərbaycan özünü etibarlı və məsuliyyətli tərəfdaş kimi nümayiş etdirib,xalqla rəhbərinin birliyini təmin edib. Öz rəhbərliyi dövründə dövlətmizin başçısının daxili və xarici siyasət kursu Azərbaycanın sabitliyini,təhlükəsizliyini və davamlı inkişafını təmin edib. Ölkə daxilində siyasi,sosial, iqtisadi, mədəni, elmi və digər sahələrdə aparılmış islahatlar nəticəsində cəmiyyətin bütün sahələrində ciddi keyfiyyət dəyişilikləri baş verib. Prezident İ.Əliyevin 15 il ərzində daxili və xarici siyasəti prioritet istiqamətlər üzrə inkişaf etdirilib eyni zamanda cəmiyyətin yeniləşməsini XXI əsrin tələbləri səviyyəsində modelləşməsinə nail olunub. Azərbaycan dövlətinin başçısı cənab İlham Əliyev uzaqgörən və müdrük siyasəti ilə ölkəni böyük nüfuzlu beynəlxalq lahiyələrin reallaşması aparıcı qüvvəyə çevirib və həm də ölkəmizi multikulitar və tolerant cəmiyyəti dünya miqyasında mədəniyyətlərarası dialoqa töhfə verən , nümunəvi ölkələr səviyyəsinə yüksəldib. Bu gün ölkəmizdə həyata keçirilən proqmatik siyasət yüksək meyarlara cavab verir, gələcəyin qaranti rolunda çıxış edir, iqtisadi yüksəlişin uğurlu şəkildə modelləşdirir.
2014-2018 ci illər üçün Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramı çərçivəsində uğurlu nailiyyətlər əldə olunmuş və insanların sosial rifahı daha da yüksəlmişdir. Bütün bu görülən işlər, əldə olunan nailiyyətlər ölkəmizdə həyata keçirilən dövlət siyasətinin müsbət nəticəsidir və bu uğurların təməlində prezident İlham Əliyev Ümumimilli lider Heydər Əliyevin siyasi kursunu davam etdirərək Azərbaycan dövlətçiliyi və xalqı naminə fəaliyyət dayanır. Respublikamızı dünya dövlətləri ilə müqayisə etsək görərik ki, ölkəmiz böyük demokratik inkişaf dövrünü yaşayır. Bax bu inkişaf və tərəqqi cənab İlham Əliyevin gərgin əməyinin nəticəsini sübut edir.
Eyni zamanda respublikanın birinci vitse- prezidenti Mehriban xanım Əliyeva da öz fəailiyyəti dövlətmizin inkişafına xüsusi xidmət göstərərək hər an cənab prezidentin məqsədyönlü tədbirlərin həyata keçirilməsində öz bacarıq və səylərini əsirgəmədən dövlət başçısına dəstəy göstərir.
Təbii ki, cənab prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə görülən işlər, azərbaycan xalqının və dövlətinin mənafeyini ən yüksək səviyyələrdə qorunmasını yönəlmiş qlobal fəailiyyətlər hər bir azərbaycanlı tərəfindən yüksək qiymətləndirilir və cənab prezidentin gərgin əməyi xalqımızın bütün təbəqələri tərəfindən bəyənilir və dəstəklənir.
Xalqımız adından,rayonumuzun əhalisi adından və öz adımdan cənab Prezidentimiz İlham Əliyevin prezident seçkilərində qələbəsi münasibət ilə ürəkdən təbrik edirəm. Ona uzun ömür və can sağlığı dövlətmizin və xalqımızın əmin-amanlığı,rifahı və xoşbəxt gələcəyi uğrunda aparacağı gərgin və şərəfli peşəsində uğurlar arzulayıram.
Müstəqil Dövlətimizə və onun rəhbəri əziz Prezidentimizə ,xalqımıza və millətmizə eşq olsun!!!!
Mehdi Səlimzadə Göyçay rayon İcra Başçısı