Prezident seçkisi ilə əlaqədar YAP-ın Tədbirlər Planının icra vəziyyəti
müzakirə olunub – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Dekabrın 20-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Seçki Qərargahının
genişləndirilmiş iclası keçirilib.
İclasda YAP yerli seçki qərargahlarının sədrləri də iştirak ediblər.
2024-cü il fevralın yeddisinə təyin edilmiş növbədənkənar Azərbaycan
Respublikası Prezidenti seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının
Tədbirlər Planının icra vəziyyəti müzakirə olunub, dekabrın 20-dək nəzərdə
tutulan tədbirlərin vaxtında və keyfiyyətlə yerinə yetirildiyi qeyd edilərək
qarşıda duran əsas hərəkət və tədbirlərin də müəyyən olunmuş müddətlərdə
icrasına dair fikir mübadiləsi aparılıb, müvafiq tapşırıq və tövsiyələr verilib.