Prezident İlham Əliyev Əməkdar artist Sevda Ələkbərzadəyə mənzil bağışlayıb.
S.Ələkbərzadə ÇıxışYolu.Com-a açıqlamasında xəbəri təsdiqləyib.
Müğənni bunu səhnə fəaliyyətinin, yaradıcılığının 30 illiyi üçün ən böyük hədiyyə adlandırıb.
Xatırladaq ki, Sevda Ələkbərzadə 1977-ci ildə anadan olub. İlk fəaliyyətinə “Aypara” qrupunda ifaçı kimi başlayıb.
Məşhur RAST qrupunda solist-ifaçı olub.
Azərbaycanı beynəlxalq mahnı müsabiqələrində təmsil edib. O, caz, xalq musiqisi və muğam janrlarında ifa edir.
Rəşad Əliyev