Prezident Tereza Meyin ticarət elçisini qəbul edib – YENİLƏNİB

Prezident Tereza Meyin ticarət elçisini qəbul edib – YENİLƏNİB

Baxış sayı: 2. 696 dəfə baxılıb.

Azərbaycan Prezidenti İlham Əliyev mayın 28-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolsonu qəbul edib.

ÇıxışYolu.Com xəbər verir ki, dövlət başçısı Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi və 25-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində iştirak etmək üçün Azərbaycana səfər etdiyinə görə Baronessa Emma Nikolsona minnətdarlığını bildirib.

Prezident İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına son səfərini məmnunluqla xatırlayıb.

Görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, energetika və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, BP və SOCAR şirkətləri arasında uzun illər səmərəli əməkdaşlığın həyata keçirildiyi qeyd edilib.

Baronessa Emma Nikolson Bakıda keçirilən Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi və 25-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin önəminə toxunaraq bu tədbirlərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə üst-üstə düşməsinin rəmzi xarakter daşıdığını vurğulayıb. Baronessa Emma Nikolson bu təbirləri əlamətdar hadisələr kimi dəyərləndirərək bu münasibətlə dövlət başçısına təbriklərini çatdırıb.

15:36

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Böyük Britaniyanın baş nazirinin Azərbaycan üzrə ticarət elçisi xanım Baronessa Emma Nikolsonu qəbul edib.

ÇıxışYolu.Com xəbər verir ki, barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

www.ÇıxışYolu.Com