b4cd6674-4bff-4c1b-8686-2e9846ba1ae8..jpg

Prezident: “Tezliklə Bakıda, dəniz limanının yaxınlığında azad ticarət zonası açılacaq”

Baxış sayı: 798 dəfə baxılıb.

Prezident: “Tezliklə Bakıda, dəniz limanının yaxınlığında azad ticarət zonası
açılacaq”

Tezliklə Bakıda, dəniz limanının yaxınlığında azad ticarət zonası açılacaq.
Ümid edirik ki, həmin azad ticarət zonası istehsalat və şirkətlər üçün sərmayə
qoyuluşu baxımından münasib məkan olacaq.

AZƏRTAC

xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidentiİlham Əliyev
yanvarın 19-da Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya
Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında söyləyib.

Dövlətimizin başçısı qeyd edib ki, əlbəttə, biznes mühitinin yaxşılaşdırılması
uğurun əsas amillərindəndir. Çünki dünyada bütün ölkələrin, hətta ən inkişaf
etmiş dövlətlərin əlavə sərmayəyə ehtiyacı var. Ancaq, sadəcə, biznes mühiti
kifayət deyil. Ölkələr arasında münasibətlər nadir vəziyyət yaradır – qlobal
miqyasda ən yüksək dostluq şəraiti. Mən Azərbaycan və Gürcüstan, Azərbaycan və
Türkiyə, Gürcüstan və Türkiyə, habelə bizim üçtərəfli əlaqələrimizi nəzərdə
tuturam.

Source link