1ff72e85-50ea-4095-8cfc-8c51f5421bcd..jpg

Prezident və Birinci vitse-prezident deputat Qənirə Paşayevanın məzarına əklil göndərib

Baxış sayı: 503 dəfə baxılıb.

Prezident və Birinci vitse-prezident deputat Qənirə Paşayevanın məzarına əklil
göndərib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident
Mehriban Əliyeva Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, deputat Qənirə
Paşayevanın məzarına əklil göndərib.

Cixisyolu.com xəbər verir ki, əklil mərhumun II Fəxri xiyabandakı məzarının üzərinə
qoyulub.

Qeyd edək ki, Q.Paşayeva səhhətində yaranan ciddi problemlərlə əlaqədar
sentyabrın 23-də Mərkəzi Klinikanın reanimasiya şöbəsinə yerləşdirilmişdi.

O, sentyabrın 28-də vəfat edib.

Naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulan Q.Paşayevanın səhhətindəki
kritik durumla əlaqədar Mərkəzi Klinikanın həkim personalı və Türkiyədən gəlmiş
həkim mütəxəssislər tərəfindən görülən bütün zəruri tədbirlərə baxmayaraq onun
həyatını xilas etmək mümkün olmayıb.

Source link