Bakıda sayca 25-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi keçirilir.
ÇıxışYolu.Com-ın xəbərinə görə, Azərbaycan prezidenti İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva Bakı Ekspo Mərkəzində təşkil olunan 25-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinə baş çəkiblər.
Dövlət başçısı müxtəlif şirkətlərinə məxsus stendlərlə tanış olub.
Qeyd edək ki, sayca 25-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində yataqların mənimsənilməsi və işlənməsi ilə məşğul olan, eləcə də, servis xidmətləri təklif edən 38 ölkədən 312 neft-qaz şirkəti iştirak edir.
Sərgi sahəsinin 40% -ni 25-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin daimi iştirakçıları olan tanınmış dünya şirkətləri tutur.