3a27a698-b49c-4573-8d8f-b2accc26063d..jpg

Prezident və xanımı Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar – YENİLƏNİB +FOTO

Baxış sayı: 677 dəfə baxılıb.

Prezident və xanımı Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə
tanış olublar – YENİLƏNİB +FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident
Mehriban Əliyeva Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri
ilə tanış olublar.

AZƏRTAC

xəbər verir ki, dövlətimizin başçısına görülən işlər barədə məlumat verildi.

Bildirildi ki, Heydər Əliyev Fondu Şuşa şəhərində Üzeyir Hacıbəylinin
ev-muzeyində bərpa işlərini davam etdirir. Üzeyir Hacıbəylinin evi Şuşada XIX
əsrdə inşa olunub. Bina 1959-cu ildə ev-muzeyi kimi fəaliyyətə başlayıb.
Görkəmli bəstəkar, peşəkar musiqi sənətimizin və milli operamızın banisi Üzeyir
Hacıbəylinin ev-muzeyi Şuşa şəhəri işğal edilən tarixədək fəaliyyət göstərib.
Muzeydə dahi bəstəkarın həyat və yaradıcılığı ilə bağlı 1700 eksponatdan erməni
işğalçı qüvvələrinin vəhşiliyi nəticəsində yalnız 136-sı salamat qalıb,
digərləri məhv edilib.

Məlumat verildi ki, binadakı bərpa işlərinə evin ilkin görünüşünə uyğun olaraq
analizlərin hazırlanması, bünövrələrin möhkəmləndirilməsi, döşəmənin,
fasadların və dam örtüyünün bərpası, daxili və xarici bəzək işləri, qapıların,
pəncərələrin, mühəndis-kommunikasiya sistemlərinin quraşdırılması, həmçinin
həyətyanı sahənin yaşıllaşdırılması işləri daxildir. Bu günədək bərpa
layihəsinin hazırlanması, ərazidə mövcud divar daşlarının sökülərək, ölçülərinə
görə inventarlaşdırılması, dağılmış hissələrdə bünövrələrin qazılması və
sahənin ümumi təmizlənməsi işləri aparılıb. Həmçinin material analizi üzrə
nümunələr götürülərək Türkiyədəki laboratoriyada tədqiq edilib, konservasiya və
restavrasiya hesabatları yerinə yetirilib. Muzeyin memarlıq, konstruksiya həlli
və mühəndis-kommunikasiya sistemləri üzrə işçi layihələri yekunlaşıb,
bünövrənin armaturlanması icra olunub. Ev-muzeyinin daxilində divarlar və
arakəsmələr hörülüb, döşəmənin bərpası işləri görülüb. Həmçinin həyətyanı
sahədə tarixi görkəmə uyğun hörgü işləri və dekorativ elementlərin qoyulması
başa çatdırılıb. 2022-ci ildə başlanan bərpa işləri yekunlaşandan sonra muzeydə
ekspozisiya qurulacaq.

15:10

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban
Əliyeva Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış
olublar.

Bununla bağlı AZƏRTAC

məlumat yayıb.

Source link