Prezident yol tikintisinə 5,8 milyon manat ayırıb

Prezident yol tikintisinə 5,8 milyon manat ayırıb

Baxış sayı: 2. 188 dəfə baxılıb.

Prezident İlham Əliyev İmişli rayonunun İmişli-Yalavac-Rəsullu-Göbəktala-Şahverdili-Bəhrəmtəpə-Qaragüvəndikli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

ÇıxışYolu.Com xəbər verir ki, iyirmi altı min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən İmişli–Yalavac–Rəsullu–Göbəktala–Şahverdili–Bəhrəmtəpə–Qaragüvəndikli avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 5,8 milyon (beş milyon səkkiz yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb. 

www.ÇıxışYolu.Com