Prezidentdən Arif Məlikov üçün ucaldılacaq heykəllə bağlı xüsusi tapşırıq

Prezidentdən Arif Məlikov üçün ucaldılacaq heykəllə bağlı xüsusi tapşırıq

Baxış sayı: 9. 965 dəfə baxılıb.

Prezidentdən Arif Məlikov üçün ucaldılacaq heykəllə bağlı xüsusi tapşırıq

Xalq artisti Arif Məlikovun xatirəsinə ucaldılacaq heykəllə bağlı komissiya yaradılacaq.

ÇıxışYolu.Com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında mədəniyyət naziri Əbülfəs Qarayev deyib.

O bildirib ki, bununla bağlı Prezident İlham Əliyevin xüsusi tapşırığı var:

“Komissiya heykəlin harada qoyulması, hansı üslubda olmasını müəyyənləşdirəcək. Heykəlin qoyulması bir günün işi deyil, buna zaman lazımdır.

Həm heykəltəraşlar, həm memarlarla aparılan müzakirələrdən sonra komissiya tərəfindən iş yekunlaşdırılacaq və rəhbərliyə təqdim olunacaq”.

Kamil HƏMZƏOĞLU