Prezidentdən Azərbaycana qarşı qəbuledilməz planları olanlara mesaj: “Bizim
səbrimizlə oynamayın”
Sentyabrın 29-da Zəngilanda keçirilən “Davamlı şəhərlər iqtisadi inkişafın
hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda
2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxışı zamanı Prezidentİlham
Əliyev sentyabrın 20-də Qarabağda həyata keçirilən xüsusi əməliyyatdan danışıb,
ölkəmizin bu əməliyyatda niyyətinin nə olduğunu açıqlayıb.
AZƏRTAC
xəbər verir ki, dövlətimizin başçısı həm də bu gün Azərbaycana qarşı
qəbuledilməz planları olan tərəflərə mesaj verib:
“Bizim səbrimizlə oynamasınlar. Biz səbirliyik, ancaq qətiyyətliyik. Biz haqlı
olduğumuzu sübut edə bilirik və edirik. Ona görə yox ki, bizim gücümüz var,
çünki haqq-ədalət bizim tərəfimizdədir”.