51666ce2-78ae-488c-8075-2e4a061eec13..jpg

Prezidentdən yüksək vəzifəyə TƏYİNAT

Baxış sayı: 554 dəfə baxılıb.

Prezidentdən yüksək vəzifəyə TƏYİNAT

Azərbaycan Prezidenti İlham Əliyevin 2023-cü il 28 yanvar tarixli müvafiq
Sərəncamı ilə Bəhruz Əmir oğlu Məmmədov Azərbaycan Minatəmizləmə Agentliyinin
İdarə Heyəti sədrinin birinci müavini vəzifəsinə təyin edilib.

Bu barədə ANAMA-dan məlumat verilib.

Bildirilib ki, bu gün Bəhruz Məmmədov kollektivə təqdim olunub.

Bəhruz Məmmədovu kollektivə Agentliyin İdarə Heyətinin sədri Vüqar Süleymanov
təqdim edib.

Qeyd edək ki, Bəhruz Məmmədov müvafiq təyinatadək Azərbaycan Respublikası
Nazirlər Kabineti Aparatının Təhlükəsizlik, müdafiə və səfərbərlik şöbəsi
müdirinin müavini vəzifəsində çalışıb.

Source link