b1cbdb48-c64f-4aea-a56d-cee5532ccf25..jpg

Prezidentin Almaniyaya səfəri bir sıra istiqamətlər üzrə mühüm xarakter daşıyır – RƏY + FOTO

Baxış sayı: 451 dəfə baxılıb.

Prezidentin Almaniyaya səfəri bir sıra istiqamətlər üzrə mühüm xarakter
daşıyır – RƏY + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Prezident İlham Əliyevin Almaniyaya səfəri bir sıra istiqamətlər üzrə mühüm
xarakter daşıyır.

Bununla bağlı ”Report”a Milli Məclisin Azərbaycan-Almaniya parlamentlərarası
əlaqələr üzrə işçi qrupunun rəhbəri Nurlan Həsənov deyib.

O xatırladıb ki, Prezident İlham Əliyev bu ilin noyabr ayında ölkəmizdə təşkil
olunması nəzərdə tutulan COP29-a hazırlıq çərçivəsində Almaniyanın paytaxtı
Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli
Seqmentində iştirak etdi:

“Çıxışı çərçivəsində cənab Prezident xüsusilə Almaniya Kansleri Olaf Şoltsa
COP29-un ölkəmizdə təşkil olunması istiqamətində verdiyi dəstəyə görə təşəkkür
etdi.

Ümumilikdə biz şahidi oluruq ki, Azərbaycanın dünyada baş verən qlobal
hadisələrin həllində rolu gün keçdikcə daha da artır. Bizim hazırda yaşıl
gündəliyimiz var və Azərbaycan istər COP29-a qədərki, istərsə də COP29-dan
sonrakı dövrdə iqlim dəyişikliyinə qarşı mübarizədə öz töhfəsini verməyə davam
edəcək. Azərbaycan bərpaolunan enerjinin istehsalı və ixracı sahəsində böyük
potensiala malikdir. Cənab Prezident İlham Əliyev Dialoq çərçivəsindəki
nitqində də bu barədə məlumat verdi ki, bu il Azərbaycanda “Yaşıl dünya naminə
həmrəylik ili” elan edilib. 2027-ci ilin sonuna qədər isə 2000 meqavat Günəş və
yaşıl enerji imkanlarımız olacaq. Doqquz elektrik enerjisi stansiyası olacaq və
2030-cu ilə qədər əlavə 10 Günəş və külək enerjisi stansiyaları qurulacaq ki,
onların gücü 5000 meqavat (5 qiqavat) təşkil edəcək”.

Deputat bildirib ki, Azərbaycanın Avropa İttifaqında aparıcı siyasi
qüvvələrdən olan Almaniya ilə bu tipli sıx əməkdaşlığı həm də ölkənin
beynəlxalq münasibətlər sistemində güclənən mövqeyindən xəbər verir:

“Son dövrlərdə Fransadan fərqli olaraq Almaniya Cənubi Qafqazda sülhün
bərqərar olunmasındakı dəstəyinin açıq şəkildə şahidi oluruq. Bu prosesdə
atılan hər bir addım bizim üçün çox dəyərlidir. Əgər hər hansısa bir tərəf bunu
tərəf tutmadan beynəlxalq hüququn norma və prinsiplərinə uyğun edirsə,
Azərbaycan bunu alqışlayır. Bütün bunlar deməyə əsas verir ki, Almaniyanın
Cənubi Qafqazda sülhün bərqərar olunması ilə bağlı bitərəf mövqeyi var. Son
olaraq demək istəyirəm ki, Azərbaycan-Almaniya münasibətlərinin uzunmüddətli
tarixi var və bu tarixi köklərə söykənən dostluq münasibətlərinin daha böyük
perspektivləri də olacaqdır”.

Qeyd edək ki, srağagün Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri baş
tutub və Berlin şəhərində “15-ci Petersberq İqlim Dialoqu” keçirilib. Eyni
zamanda, Azərbaycan liderinin Almaniya Federal Kansleri Olaf Şolts ilə
ikitərəfli görüşü olub. Azərbaycan və Almaniya rəhbərləri görüşdən sonra birgə
mətbuat konfransında çıxış ediblər, jurnalistlərin suallarını cavablandırıblar.
Dövlət başçısının, həmçinin Almaniya Federativ Respublikasının Prezidenti
Frank-Valter Ştaynmayer ilə təkbətək və geniş tərkibdə görüşü olub.

Source link