Prezidentin fərmanı rubl və avroda olan borcları da əhatə edir

Prezidentin fərmanı rubl və avroda olan borcları da əhatə edir

Baxış sayı: 4. 701 dəfə baxılıb.

Prezidentin fərmanı rubl və avroda olan borcları da əhatə edir

Prezident İlham Əliyevin problemli kreditlərlə bağlı fərmanı rubl və avroda olan borcları əhatə edir.

Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı “Facebook” sosial şəbəkəsində canlı yayım zamanı deyib.

V.Qasımlı qeyd edib ki, digər xarici valyutada, o cümlədən, avro və rublda olan kreditlər Mərkəzi Bankın 2015-ci il 21 fevral və 21 dekabr tarixlərinə olan məzənnə ilə dollara konvertasiya ediləcək. 

O əlavə edib ki, təzminat kreditin götürüldüyü valyutadan asılı olmayaraq, manatla veriləcək.

Vüsal Qasımlının sözlərinə görə, kompensasiya alacaq şəxslərin sayı 450 min, restrukturizasiyanın əhatə edəcəyi insanların sayı isə 400 min nəfər olacaq.