ee9b6a0e-f768-4cc0-bf9b-7d9c4d79c6ea..jpg

Prezidentin köməkçisi: “Azərbaycanda “boz zona”lara yer yoxdur”

Baxış sayı: 656 dəfə baxılıb.

Prezidentin köməkçisi: “Azərbaycanda “boz zona”lara yer yoxdur”

“Ermənistan siyasi rəhbərliyinin qeyri-konstruktiv və qeyri-səmimi mövqeyi
ucbatından sülh prosesi ləngiyir”.

Cixisyolu.com-ın məlumatına görə, bunu TASS-a müsahibəsində Azərbaycan Prezidentinin
köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin
müdiri Hikmət Hacıyev hazırda sülh prosesinin hansı mərhələdə olduğunu şərh
edərkən bildirib.

Onun sözlərinə görə, Laçın yolunun mövcud olmayan “blokadası” bəhanəsi ilə
Azərbaycana qarşı İrəvan və dünyanın müxtəlif ölkələrində, xüsusən də Qərbdəki
erməni diasporunun koordinasiya etdiyi genişmiqyaslı dezinformasiya
kampaniyasına start verilib.

“Azərbaycanı suveren ərazimizin bir hissəsini blokadada saxlamaqda ittiham
etmək cəhdlərinə baxmayaraq, sentyabrın 12-də Rusiya Qızıl Xaç Cəmiyyətindən
yüklərin daşınması üçün Ağdam yolunun açılması bu cür ittihamların
əsassızlığını göstərdi. Rusiya Qızıl Xaç Cəmiyyəti və Azərbaycan Qızıl Aypara
Cəmiyyətinin birgə fəaliyyəti nəticəsində Ağdam yolu istifadəyə verilib. İndi
biz Beynəlxalq Qızıl Xaç Komitəsinin yüklərinin eyni vaxtda iki marşrutla –
Ağdam və Laçın marşrutu ilə getməsini gözləyirik. Beynəlxalq tərəfdaşlarımız bu
mövqeyi tam şəkildə bölüşür və dəstəkləyirlər”.

H.Hacıyevin sözlərinə görə, hazırda sülh prosesinə əsas maneə Ermənistanın
Azərbaycan ərazisində qeyri-qanuni rejimi maliyyə və hərbi-siyasi baxımdan
saxlamaqda davam etməsidir. O bildirib ki, məhz Xankəndidəki qanunsuz rejim
Ağdam və Laçın marşrutlarının eyni vaxtda açılmasına mane olur, Azərbaycandan
ərzaq yüklərini qəbul etməkdən imtina edir və bunu sivil dünyada yeri olmayan
mağara təfəkkürlü irqçilik motivləri ilə əsaslandırır.

“Həmçinin, Bakının dəfələrlə belə təmaslara dəvət etməsinə baxmayaraq,
qeyri-qanuni rejim Azərbaycanın mərkəzi hökuməti ilə Qarabağda yaşayan erməni
etnik azlıq arasında dialoq cəhdlərinin qarşısını alır. Qarabağda yaşayan 30
min erməniəsilli vətəndaşımızı girov götürən Ermənistanın qanunsuz rejimə
dəstək siyasətinə son qoyulmalıdır. Azərbaycanda “boz zona”lara yer yoxdur”, –
deyə Prezidentin köməkçisi vurğulayıb.

Source link