Prezidentin köməkçisi: “Azərbaycanın tarzənləri 30 illik ayrılıqdan sonra
Qarabağa qayıdırlar” – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycan Prezidentinin köməkçisi və Prezident Administrasiyasının xarici
siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanın musiqi aləti
tarla bağlı paylaşım edib.
O, “X” hesabında “Al Jazeera”nın Azərbaycan xalq musiqiçiləri ilə bağlı
hazırladığı materiala istinadən qeyd edib ki, Azərbaycan tarzənləri 30 illik
ayrılıqdan sonra Qarabağa qayıdırlar.
“Azərbaycan tarı uzun saplı, ənənəvi olaraq hazırlanır və Azərbaycan
Respublikasında icmalarda ifa olunur. Tar və bu ənənə ilə bağlı bacarıqlar
azərbaycanlıların mədəni kimliyinin formalaşmasında mühüm rol oynayır”, –
Prezidentin köməkçisi bildirib.
Azerbaijani Tar musicians return to Karabakh after 30 year long separation.
@AJEnglish
https://t.co/XRoV1XFSEG
The Azerbaijani tar is a long-necked, plucked lute, traditionally crafted,
and performed in communities throughout the Republic of Azerbaijan. The tar and
the skills…
— Hikmet Hajiyev (@HikmetHajiyev) December 30, 2023