959a041d-a060-49b7-b3a9-303866c973ff..jpg

Prezidentin mədəniyyət naziri təyin etdiyi şəxs kimdir? – DOSYE

Baxış sayı: 847 dəfə baxılıb.

Prezidentin mədəniyyət naziri təyin etdiyi şəxs kimdir? – DOSYE

Prezident İlham Əliyev Adil Qabil oğlu Kərimlinin Azərbaycan Respublikasının
mədəniyyət naziri təyin edilməsi haqqındasərəncam
imzalayıb.

Cixisyolu.com Adil Qabil oğlu Kərimlinin dosyesini təqdim edir.

Adil Kərimli 22 oktyabr 1979-cu ildə Bakı şəhərində anadan olub.

O, “Milan Ekspo”, “Dubay Ekspo” və digər beynəlxalq tədbirlərdə mədəniyyət
bölümünə rəhbərlik edib, Moskva şəhərində Xalq Təsərrüfatı Nailiyyətləri
Sərgisindəki Azərbaycan pavilyonunun Təşkilat Komitəsinin rəhbəri olub.

Həmçinin, Heydər Əliyev Fondunun işğaldan azad edilən ərazilərdəki
bərpa-quruculuq layihələri, Fondun bir sıra ölkələrdə təşkil etdiyi Azərbaycan
mədəniyyəti günləri üzrə İşçu Qrupunun üzvü olub. Heydər Əliyev Fondunun
Almaniya, Böyük Britaniya, İtaliya və Fransadakı mədəniyyət layihələrinin
kuratoru kimi çalışıb.

“Eurovision” mahnı müsabiqəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri olub,
2012-ci ildə Bakının bu mahnı müsabiqəsinə ev sahibliyi etdiyi zaman isə
müsabiqəyə hazırlıq üzrə İşçi qrupunun rəhbəri kimi çalışıb.

Həmin dövrdə Avropa Yayımları Birliyinin hüquq və ictimai işlər komitəsinin
üzvü olub. A.Kərimli 1999-cu ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini
bakalavr, 2001-ci ildə isə magistr elmi dərəcəsində bitirib, hüquq üzrə fəlsəfə
doktorudur.

Qeyd edək ki, Adil Kərimli Prezidentin 2012-ci il 8 oktyabr tarixli sərəncamı
ilə Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini təyin edilmişdi.

Source link