5735ecd4-166c-45bf-91b6-05518fa4106e..jpg

Prezidentin Naxçıvandakı nümayəndəsi: “Yerlərdə məmurların vəzifələrdən sui-istifadə etməsi halları var”

Baxış sayı: 623 dəfə baxılıb.

Prezidentin Naxçıvandakı nümayəndəsi: “Yerlərdə məmurların vəzifələrdən
sui-istifadə etməsi halları var”

“Yerlərdə məmurların vəzifələrdən sui-istifadə etməsi halları var”.

“Report” xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikasında Azərbaycan
Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Kəngərli
rayonunda sakinlərlə görüşdə bildirib.

O, Prezident İlham Əliyevin salamlarını rayon ictimaiyyətinə çatdırıb.

Dövlət başçısının rəhbərliyi ilə Kəngərli rayonunun inkişafı sahəsində görülən
işlərdən danışan Fuad Nəcəfli bununla yanaşı, yerlərdə məmurlar tərəfindən
vəzifələrdən sui-istifadə hallarının olduğunu, vətəndaşların hüquqlarının
pozulduğunu, sahibkarlıq fəaliyyəti üçün manelərin yaradıldığını qeyd edib.

Sonra sakinlərin müraciətləri dinlənilib.

F.Nəcəfli görüşdə iştirak edən bütün sakinlərə təşəkkürünü bildirib,
problemlərin qısa müddətdə aid dövlət qurumları ilə birlikdə araşdırılıb həll
olunacağını qeyd edib.

Source link