Bu gün Bakıda Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu-2018” keçirilib.
ÇıxışYolu.Com-ın məlumatına görə, “Küləyə qalib gəl” şüarı altında keçirilən Bakı marafonu artıq ardıcıl üçüncü dəfə təşkil olunur.
Builki marafonda iştirak üçün 18 000-dək şəxs qeydiyyatdan keçib.
“Bakı Marafonu-2018”də həmçinin tanınmış simalar, bir sıra nazirlər və məşhurlar da iştirak edib.
Onların arasıdan Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, ölkə başçısnın qızı Arzu Əliyeva da olub.