Azərbaycan Respublikası prezidentinin rəsmi saytı olan president.az-ın dizaynında dəyişiklik edilib.
ÇıxışYolu.Com-ın məlumatına görə, saytda “Xəbərlər”, “Sənədlər”, “Azərbaycan”, “Prezident”, “I vitse-prezident”, “Administrasiya”, “Müraciətlər” kimi bölmələr fəaliyyət göstərir.
Sayt üç – Azərbaycan, rus və ingilis dillərində yayımlanır.
İdarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat katibinin xidməti və Prezident Administrasiyası Strateji araşdırma və planlaşdırma şöbəsi tərəfindən həyata keçirilir.
Azərbaycan Respublikası prezidentinin saytında prezident İlham Əliyevin fəaliyyəti, çıxışları, səfərləri, görüşləri və qəbulları barədə məlumatlar yerləşdirilir.
Qeyd edək ki, bu, saytın dördüncü dizayn yenilənməsidir.