cc86eab6-17c1-4365-9b04-4cc6f9c47fd8..jpg

Prezidentin sərəncamı ilə 150 min tələbə və doktorantların təqaüdləri artırılıb

Baxış sayı: 925 dəfə baxılıb.

Prezidentin sərəncamı ilə 150 min tələbə və doktorantların təqaüdləri artırılıb

Azərbaycan Prezidentinin imzaladığı sərəncamla 150 min tələbə və
doktorantların təqaüdləri artırılıb.

“Report” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin
müavini Anar Kərimov deyib.

O bildirib ki, Azərbaycan Prezidentinin müvafiq fərman və sərəncamlarına
əsasən, ümumilikdə 660 min nəfərə yönələn sosial müavinət və təqaüdlərin
artırılması təmin edilir.

Ümumilikdə 2023-cü ildə yeni sosial islahat paketi üzrə 1,9 milyon vətəndaşı
əhatə edən sosial ödənişlərdə növbəti artımlar edilib və bunun üçün illik əlavə
750 milyon manat vəsait nəzərdə tutulub.

Source link