Prezidentin xüsusi nümayəndəsi: “Təəssüf ki, böyük dövlətlər Xocalı
soyqırımına biganə qalıblar”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Təəssüf ki, böyük dövlətlər Xocalı soyqırımına biganə qalıblar”.
“Report” xəbər verir ki, bunu Xankəndi şəhərində, Ağdərə və Xocalı
rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin
Yusubov deyib.
Onun sözlərinə görə, bunun nəticəsi idi ki, cəzasızlıqlarını hiss edən erməni
separatçıları öz cinayətkar əməllərini davam etdirirdilər: “Xocalı soyqırımına
siyasi qiymətin verilməsi, cinayətkarların məsuliyyətə cəlb edilməsi və
dünyanın bu faciəyə diqqətinin yönəldilməsi istiqamətində ilk və qətiyyətli
addımlar ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır”.