7299999d-79c5-41af-affe-cf1e3ce187fb..jpg

Prezidentlə görüşən laçınlılar və zəngilanlılar: “Onu televizordan qucaqlayıb öpmüşdüm” – VİDEO

Baxış sayı: 435 dəfə baxılıb.

Prezidentlə görüşən laçınlılar və zəngilanlılar: “Onu televizordan qucaqlayıb
öpmüşdüm” – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Baku TV Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı
İlham Əliyevə həsr olunan sənədli film hazırlayıb.

Filmdə öz doğma torpaqlarına qayıdan Laçın və Zəngilan sakinləri dövlət
başçısı ilə səmimi görüşlərindən xatirələrini bölüşüblər.

Laçın sakini Solmaz Abbasova Prezidentin təsəvvür etdiyindən də səmimi insan
olduğunu bildirib:

“O qədər gözəl qarşıladı ki, camaatı. Hamı ilə tək-tək görüşdü, dərdlərinə
şərik çıxdı. Prezidentimiz sağ olsun ki, bizi buraya gətirib çıxardı”.

“Hamının dərdi ilə maraqlanırdı. Soruşurdu ki, kimin nəyi çatmır, nə problemi
var. Çox səmimi idi, mən belə təsəvvür etmirdim, amma gözümlə gördüm”, – Laçın
sakini Elbrus Sadıqov söyləyib.

O, Prezident İlham Əliyevin Laçının azad edildiyini açıqladığı gün sevincinin
həddi-hüdudu olmadığını deyib:

“Həmin an sevincimdən televizoru qucaqladım, minnətdarlığımı bildirdim”.

Zabux sakini Allahverdi Əliyev qeyd edib ki, az qala Qarabağa qayıtmaqla bağlı
ümidlərini itirirdilər:

“Uzaq bir tunelin başındakı qığılcımı Prezident elə yandırdı ki, o tunelin özü
belə yoxa çıxdı. Yəni qığılcım hər yeri götürdü, o şəfəq hər yeri bürüdü və
bizləri də çox sevindirdi”.

“Heç kim hiss etmədi ki, bu insan Prezidentdir. Əlini qoydu çiynimə ki, gedək
çay içməyə. Ağlıma ömür boyu gətirə bilməzdim ki, Prezident belə səmimi olar”,
– Laçın sakini İsgəndər Nəcəfov söyləyib.

Ətraflı süjetdə:


Source link