13d39b46-609f-4cd4-be02-236d02aa0098..jpg

Prezidentlər İğdır-Naxçıvan qaz kəmərinin təməlqoyma mərasimində iştirak ediblər – YENİLƏNİB + FOTO/VİDEO

Baxış sayı: 519 dəfə baxılıb.

Prezidentlər İğdır-Naxçıvan qaz kəmərinin təməlqoyma mərasimində iştirak
ediblər – YENİLƏNİB + FOTO/VİDEO

Sentyabrın 25-də İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulması mərasimi
keçirilib.

AZƏRTAC

xəbər verir ki, Azərbaycan Respublikasının Prezidentiİlham Əliyev və ölkəmizdə
rəsmi səfərdə olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan
mərasimdə iştirak ediblər.

Dövlət başçıları İğdır-Naxçıvan qaz kəmərinin təməlini qoydular.

Qeyd edək ki, İğdır-Naxçıvan qaz kəməri Naxçıvanın qaz təchizatının
şaxələndirilməsinə imkan verməklə onun bir mənbədən asılılığını aradan
qaldırmış olacaq. 2020-ci il dekabrın 15-də Ankarada Azərbaycan və Türkiyə
arasında İğdır-Naxçıvan qaz boru kəmərinin tikintisinə dair anlaşma memorandumu
imzalanıb. Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci il 10 fevral tarixli
Sərəncamına əsasən isə İğdır-Naxçıvan qaz boru kəmərinin tikintisi üçün dövlət
büdcəsindən vəsait ayrılıb. Layihə bu il iyunun 5-də qəbul edilən “Naxçıvan
Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün
Dövlət Proqramı”nın prioritet layihələri sırasında yer alıb.

Boru kəmərinin İğdırdan Sədərək rayonuna qədər uzunluğu 97,5 kilometr təşkil
edir. Kəmərin Azərbaycan hissəsinin uzunluğu 17,5 kilometr, Türkiyə hissəsinin
uzunluğu isə 80 kilometrdir. Boru kəməri gündə 2 milyon kubmetr, ildə isə 730
milyon kubmetr qaz ötürmək qabiliyyətinə malikdir ki, bununla da Naxçıvanın
qaza tələbatı tamamilə ödəniləcək.

Gələcəkdə boru kəmərinin ötürücülük qabiliyyətini iki dəfədən çox artırmaq
mümkündür.

16:33

Sentyabrın 25-də İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulması mərasimi
keçirilib.

AZƏRTAC

xəbər verir ki, Azərbaycan Respublikasının Prezidentiİlham Əliyev və ölkəmizdə
rəsmi səfərdə olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan
mərasimdə iştirak ediblər.

Dövlət başçıları İğdır-Naxçıvan qaz kəmərinin təməlini qoyublar.


Source link