Prezidentliyə namizəd teledebatda dava saldı – VİDEO

Prezidentliyə namizəd teledebatda dava saldı – VİDEO

Baxış sayı: 8. 956 dəfə baxılıb.

Rusiyada  “Rusiya Kommunistləri” partiyasından prezidentliyə namizəd Maksim Suraykin “Rossiya 1” telekanlında canlı yayımlanan teledebatda politoloq Maksim Şevçenkonun üzərinə hücum çəkib.

ÇıxışYolu.Com “Lenta.ru”ya istinadən xəbər verir ki, qarşıdurmanın fraqmenti  “YouTube” portalına yerləşdirilib.

Gərginlik Suraykinin efirə Lidiya Filkini çıxarıb, onu öz səlahiyyətli nümayəndəsi və “Lenin adına Sovxozun” keçmiş işçisi kimi təqdim etməsindən sonra meydana gəlib. 

Suraykinlə  Kommunist Partiyasından namizəd Pavel Qrudinin təmsilçisi Şevçenko arasında kəskin mübahisə düşüb. Solovyov qadından müvəqqəti olaraq studiyanı tərk etməyi xahiş edib.

Çıxıb gedən qadın Şevçenkonu “muzdlu təşviqatçı” adlandırıb. Politoloq isə ona “banderlərin təşviqatçısı” deyə qarşılıq verib.

Suraykin bundan sonra özündən çıxaraq oponentinin ünvanına təhqirlər yağdırıb və üzərinə hücum çəkməyə çalışıb.

.
www.ÇıxışYolu.Com