5c3a4f52-c06b-41a8-8f06-c5d13906e1de..jpg

Prezidentliyə namizədin qeydə alınması üçün sənədlərin MSK-ya təqdim edilməsi müddəti sabah başa çatır

Baxış sayı: 603 dəfə baxılıb.

Prezidentliyə namizədin qeydə alınması üçün sənədlərin MSK-ya təqdim edilməsi
müddəti sabah başa çatır
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sabah növbədənkənar prezident seçkisi ilə əlaqədar namizədin qeydə alınması
ilə bağlı zəruri olan seçki sənədlərinin Mərkəzi Seçki Komissiyasına (MSK)
təqdim edilməsi üçün ayrılan müddət başa çatır.

APA-nın xəbərinə görə, Seçki Məcəlləsinin 58.1-ci maddəsinə əsasən,
prezidentliyə namizəd, siyasi partiyanın, siyasi partiyalar blokunun
səlahiyyətli nümayəndəsi səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış
saat 18:00-dək namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərini
MSK-ya təqdim etməlidirlər.

Növbədənkənar prezident seçkiləri ilə əlaqədar bu müddət 2023-cü il dekabrın
19-dan 2024-cü il yanvarın 8-də saat 18:00-dək olan dövrü əhatə edir.

Qeyd edək ki, ötən dövr ərzində 17 nəfərin prezidentliyə namizədliyi
təsdiqlənib.

MSK 2023-cü il dekabrın 19-da hakim Yeni Azərbaycan Partiyası tərəfindən İlham
Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib. MSK-nın
2023-cü il dekabrın 21-də keçirilən iclasında namizədliyi özü tərəfindən irəli
sürülən Zahid Oruc və Fuad Əliyev, Böyük Quruluş Partiyasının prezidentliyə
namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi
Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə
namizədi Qüdrət Həsənquliyev, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi
Razi Nurullayevin namizədliyinin irəli sürülməsinin təsdiq olunub.

MSK-nın 2023-cü il dekabrın 26-da keçirilən iclasında isə namizədliyi özü
tərəfindən irəli sürülən Sərvan Kərimov, Mətləb Mütəllimli, Abutalıb Səmədov,
Fikrət Yusifov, Yusif Bağırzadə, Arzuman Abdulkərimov, Yunus Oğuz və
Qulamhüseyn Əlibəylinin namizədliyinin irəli sürülməsinin təsdiq olunması
barədə məsələ səsverməyə çıxarılaraq qəbul edilib. Dekabrın 30-da isə Namizəd
Heydər oğlu Səfərov namizədliyinin irəli sürülməsini təsdiq edib. Dekabrın
31-də isə namizədliyi özü tərəfindən irəli sürülən Əvəz Bəbirxan oğlu
Temirxanın namizədliyinin irəli sürülməsi təsdiqlənib.

Prezidentliyə namizədliyi qeydə alınanların sayı isə hələlik 3-dür. MSK-nın
2023-cü il dekabrın 30-da keçirilən iclasında İlham Əliyevin, 2024-cü il
yanvarın 6-da keçirilən iclasında isə Zahid Oruc və Razi Nurullayevin
prezidentliyə namizədlikləri qeydə alınıb.

Xatırladaq ki, 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar prezident
seçkisi keçiriləcək.

Source link