Prezidentliyə namizədlərin seçki fondunun gəlir və xərclərinin ikinci ilkin
hesabatı açıqlanıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezident
seçkilərində prezidentliyə namizədlərin seçki fondunun gəlir və xərclərinin
ikinci ilkin maliyyə hesabatı açıqlanıb. Secki-2024.az saytı xəbər verir ki,
maliyyə hesabatı Mərkəzi Seçki Komissiyasının (MSK) saytında yerləşdirilib.
Bu barədə MSK-dan bildirilib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 94.3.2-ci
maddəsinə əsasən, ikinci ilkin maliyyə hesabatı səsvermə gününə ən tezi 20 gün
qalmış və səsvermə gününə ən geci 10 gün qalmış təqdim edilir. Bu hesabata
orada göstərilmiş tarixə 7 gün qalmışdan əvvəlki dövr üçün məlumatlar daxil
edilir.
İkinci ilkin maliyyə hesabatının təqdim edilməsi müddəti 2024-cü il yanvarın
18-dən 28-dək olan dövrü əhatə edib.