e7bb8397-b051-447c-949a-f6f660aec41c..jpg

Priqojinin tələsik Afrikadan Rusiyaya qayıtmasının səbəbləri məlum olub

Baxış sayı: 2. 191 dəfə baxılıb.

Priqojinin tələsik Afrikadan Rusiyaya qayıtmasının səbəbləri məlum olub

Sonuncu dəfə Afrika qitəsində etdiyi çıxışla yadda qalan Yevgeni Priqojinin
tələsik Rusiyaya qayıtmasının ehtimal edilən səbəbləri barədə məlumatlar
yayılıb.

İddialara əsasən, Rusiyanın Baş Kəşfiyyat İdarəsinin rəhbərinin müavini Andrey
Averyanov “Vaqner” döyüşçülərin hamısını Afrika qitəsinə yerləşdirməklə bağlı
kompleks tədbirlər planı hazırlayıb.

Bu məqsədlə Andrey Averyanov hətta 20 mindən çox şəxsdən ibarət ordu
korpusunun yaradılması və onların hazırlanmısına göstəriş verib.

Onun fəaliyyətindən xəbər tutan Y.Priqojin buna qarşı olub, nəzərdə tutulan
planın qarşısını almağa cəhd göstərərək Rusiyaya qayıdıb.

Xatırladaq ki, Rusiyanın Baş Kəşfiyyat İdarəsinin rəhbərinin müavini Andrey
Averyanovun adı Sergey və Yuliya Skripalların zəhərlənməsində, 2014-cü ildə
Çexiyada silah-sursat anbarlarında partlayışın törədilməsində, bolqar biznesmen
və silah alverçisi Yemelyan Gevrevin 2018-ci ildə zəhərlənməsi kimi hadisələrin
təşkilində hallandırılır.

Mənbə: VÇK-OQPU “Telegram” kanalı

Source link