460b5c6a-341a-4c1d-8391-f7fa27bed42e..jpg

Problemli kreditlər yenidən artmağa başlayıb – VİDEO

Baxış sayı: 1. 033 dəfə baxılıb.

Problemli kreditlər yenidən artmağa başlayıb – VİDEO

Azərbaycanda problemli kreditlər yenidən artmağa başlayıb.

Mərkəzi Bankın açıqladığı hesabata əsasən, bu ilin fevralında problemli
kreditlərin həcmi 22 milyon manat artaraq 606 milyon manata yüksəlib. Yanvarın
sonunda isə bu məbləğ 584 milyon manat olub.

İqtisadçı Rəşad Həsənovun “Xəbər Ertəsi”nə deyib ki, problem 2023-cü ilin
yanvar və fevral aylarında deyil, ötən ilin sonuncu rübündədir. Çünki
qanunvericilikdə 90 gündən çox gecikmə olduğu halda, kredit vaxtı keçmiş hesab
edilir.

Ekspert deyir ki, Azərbaycanda problemli kreditlərin həcmi 3 faiz ətrafındadır.

Qəbul edilən hədd olmasına baxmayaraq, bu sayı da azaltmaq üçün müəyyən işlər
görülməlidir.

Qeyd edək ki, 2022-ci il martın 1-də problemli kreditlərin məbləği 690 milyon
manat olub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Source link