c5ab0d82-b3e6-413b-8303-bb4339c80b4c..jpg

Prodüser Təranə Səmədova övladlarını diləndirib? – VİDEO

Baxış sayı: 2. 722 dəfə baxılıb.

Prodüser Təranə Səmədova övladlarını diləndirib? – VİDEO

Prodüser Təranə Səmədova Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb
etmə) maddəsi ilə ittiham olunaraq həbs edilib.

Bizim.Media xəbər verir ki, prodüser Tarix Əliyev (Tolik) aparıcısı olduğu
“Ümid ilə gəl” ictimai-sosial verilişində həmkarı haqqında sosial şəbəkələrdə
yayılan xəbərlərə aydınlıq gətirmək üçün Azərbaycan Uşaqlar Birliyinin sədri
Kəmalə Ağazadəni canlı yayıma qoşub.

Tolik bildirib ki, Təranə Səmədovanın iki qız övladı – 13 yaşlı Suel və 7
aylıq Adel – hazırda Azərbaycan Uşaqlar Birliyinin sığınacağına yerləşdirilib.

Aparıcı həmçinin əlavə edib ki, müğənni Rəqsanə İsmayılova Təranənin qızlarını
öz evində saxlayıb.

Sözügedən faktı təsdiqləyən K.Ağazadə məsələ ilə bağlı bu açıqlamanı verib:

“Bir neçə gün əvvəl qonşularımdan zəng gəldi. Onlar söylədilər ki, Təranə
Səmədovanın uşaqları çox acınacaqlı vəziyyətdədirlər. Uşaqlar ananın şiddəti
ilə qarşılaşıblar. Onlar küçədədirlər. İlk olaraq qonşuların İcra Hakimiyyətinə
müraciət etmələrini istədim. Bu məsələ çox həssasdır. Burada mütləq həm
hüquq-mühafizə orqanları, həm İcra Hakimiyyəti, həm də Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi kompleks şəklində uşaqların müdafiəsini həyata
keçirməlidirlər. Təranə barədə həbs qətimkan tədbiri seçildi. Rəqsanə isə
uşaqları bir neçə günlük yanında saxladı”.

Tolikin “Təranə evinin önündə qızı Sueli qucağında yeddi aylıq digər qızı Adel
ilə dilənçiliyə məcbur edib?” sualını isə sığınacağın təsisçisi bu cür
cavablandırıb:

“Hazırda Suelin sığınacağımızda adaptasiya dövrü başlayıb. Onlar birinci
gecəni bizdə keçirdilər. Hər şey qaydasındadır.

Suel ailəsində o qədər xoşagəlməz hadisələrlə qarşılaşıb ki, bu sığınacaq onun
üçün sanki rahat mühitə çevrilib. Diqqət, qayğı görüb. Bu məsələ ilə bağlı
qonşular da məlumat veriblər, eyni zamanda Suelin bəzi danışdıqları var. Amma
bunlara hüquqi qiymət verilməlidir. Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin mütəxəssislərini dəvət edəcəyəm. Bizim psixoloq da Suel ilə ilkin
söhbətlər aparıb. Bir neçə gündən sonra artıq uşağın vəziyyəti ilə bağlı
açıqlama verəcəyəm. Bu gün onlar tibbi müayinədən keçməyə göndərildilər. Yeddi
aylıq Adeldə sağlamlığı və inkişafı ilə bağlı geriləmə var. Bu problemi aradan
qaldırmalıyıq. Qaldı ki uşaqların gecə saatlarında küçədə olma faktı məsələsini
Rəqsanə mənə deyib”.

Aparıcının “Şayiələr gəzir ki, güya Suel anasından imtina etmək istəyir.
Rəqsanə isə mənə söylədi ki, Təranə həbs olunmazdan əvvəl beş gün narkoloji
reabilitasiya mərkəzində müayinələrdə olub” sözlərinə K.Ağazadə belə münasibət
bildirib:

“Bəli, bir məlumat var. Biz də bu məsələ ilə bağlı aidiyyəti dövlət
qurumlarına müraciət edəcəyik”.

Verilişdə Tolik Suelin atası, nağara ifaçısı Abbas Cəfərovun qızına aliment
verməsi ilə bağlı proqramda ekspert qismində iştirak edən vəkil Şəfiqə
Nağıyevaya müraciət edib. Vəkil isə bu məsələdə onlara yardımçı olacağını dilə
gətirib.


Source link