5b06dab6-9a1e-485e-8af7-2075de27b599..jpg

Professor Kamran Musayevə Harvard Tibb Məktəbinin diplomu təqdim olundu – FOTO

Baxış sayı: 4. 331 dəfə baxılıb.

Professor Kamran Musayevə Harvard Tibb Məktəbinin diplomu təqdim olundu – FOTO

Professor Kamran Musayev Harvard Tibb Məktəbinin təşkil etdiyi “Cərrahlar üçün
idarəçilik proqramı”nda iştirak edib.

AZƏRTAC xəbər verir ki, proqramı uğurla başa vuran tanınmış ürək-damar
cərrahına Harvard Tibb Məktəbinin diplomu təqdim olunub.

“Cərrahlar üçün idarəçilik proqramı” müasir səhiyyə idarəçiliyi sahəsində
Harvard Tibb Məktəbinin təşkil etdiyi təhsil proqramıdır. Dünyanın müxtəlif
ölkələrindən aparıcı cərrahlar ön seçimdən sonra proqrama qəbul olunurlar.
2021-2022-ci tədris ilində həyata keçirilən proqramda səhiyyə idarəçiliyi,
keyfiyyətə nəzarət, idarəetmənin metodologiyaları, müasir texnologiyaların
səhiyyə idarəçiliyində tətbiqi kimi mövzularda nəzəri və praktiki biliklər
paylaşılıb.

“İki il davam edən proqram müddətində Harvard Tibb Məktəbinin professorlarının
nəzarətində müstəqil layihələr işləyib hazırladıq. Təhsil proqramının hər
mərhələsində ayrı-ayrı imtahanlarla qiymətləndirmədən keçdik, proqramın bütün
nəzəri və praktiki mərhələlərini uğurla başa vurduq”, – deyə professor Kamran
Musayev proqram haqqında öz təəssüratlarını bölüşüb.

Qeyd edək ki, professor Kamran Musayev dünyanın ən nüfuzlu təhsil müəssisəsi
olan Harvard Universitetinin Tibb Məktəbi tərəfindən təşkil olunan “Cərrahlar
üçün idarəçilik proqramı”ndan məzun olan ilk azərbaycanlıdır.

Source link