1c18d998-d9f7-47ca-8e9b-965167062d48..jpg

Professordan qeyri-adi TƏKLİF: “Onlara rəmzi məzar qoyulsun”

Baxış sayı: 368 dəfə baxılıb.

Professordan qeyri-adi TƏKLİF: “Onlara rəmzi məzar qoyulsun”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan teatrı tarixinə misilsiz xidmətləri ilə düşmüş səhnə xadimlərinə
Fəxri Xiyabanda rəmzi məzar qoyula bilər.

Sənətşünaslıq elmləri doktoru professor İsrafil İsrafilov Cixisyolu.com-a
açıqlamasında bu təklifi barədə danışıb.

O öz təklifində 2023-cü ilin 10 mart tarixində Azərbaycan milli teatrının
yaranmasının 150-ci ilinin tamam olduğunu, bu möhtəşəm mədəniyyət hadisəsi
xalqımızın neçə-neçə nəslinə qürur hissi yaşatdığını qeyd edib:

“Həmin tarixi yaradanların xidmətləri unudulmazdır və böyük ehtirama layiqdir.

Milli teatr sənətimizin beşiyi başında duran fədakar ziyalılarımızdan bir
qisminin (Cahangir Zeynalov, Abbas Mirzə Şərifzadə, Ülvi Rəcəb, Əbülfət Vəli,
Məhəmməd Əlvəndi və başqaları) məzarı belə yoxdur. Odur ki, Azərbaycan milli
teatrının 150-ci ildönümündə həmin ziyalıların rəmzi məzarlarının Fəxri
Xiyabanda yaradılması tarixi keçmişimizə ölkəmizin mədəni ictimaiyyətinin
minnətdarlıq nümunəsi olardı”.

Source link