Prokuror anasının tanışını bıçaqlayan yeniyetməyə cəza istədi

Prokuror anasının tanışını bıçaqlayan yeniyetməyə cəza istədi

Baxış sayı: 4. 369 dəfə baxılıb.

Prokuror anasının tanışını bıçaqlayan yeniyetməyə cəza istədi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən 2003-cü il təvəllüdlü Əli Qasımovun (ad və soy ad şərtidir) cinayət işi üzrə növbəti məhkəmə iclası davam etdirilib.

ÇıxışYolu.Com xəbər verir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. 

O, Ə.Qasımovun üç il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. 

Proses noyabrın 21-dək təxirə salınıb. 

Qeyd edək ki, Ə.Qasımov atası ilə əlbəyaxa dava edən, anasının tanışı Qurban Qarayevin kürək nahiyəsindən bir neçə zərbə endirib. 

Belə ki, Q.Qarayev hadisə günü Ə.Qasımovun anasının yaşadığı evə gəlib. Bu zaman Ə.Qasımovun atası da evdə olub. Həmin şəxslərin arasında mübahisə yaranıb.

Məhkəmədə sərbəst ifadə verən Ə.Qasımov əməlini etiraf edib və özünü təqsirli bilib.

Ə.Qasımovun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.

Etibar Məmmədov
www.ÇıxışYolu.Com