9ec0585a-c300-466a-801f-711a2ba5c740..jpg

Prokuror dövlətə xəyanətdə təqsirləndirilən şəxsə 18 il cəza istəyib

Baxış sayı: 605 dəfə baxılıb.

Prokuror dövlətə xəyanətdə təqsirləndirilən şəxsə 18 il cəza istəyib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dövlətə xəyanətdə təqsirləndirilən Tərlan Abbasovun məhkəmə istintaqı
yekunlaşıb.

“Report” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz
Kərimovun sədrliyi ilə keçirilən prosesdə prokuror Elmin Mirzəyev ittiham nitqi
ilə çıxış edib.

Prokuror Tərlan Abbasovun 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Vəkil müdafiə çıxışı üçün vaxt istəyib.

Məhkəmənin yekun iclası yanvarın 18-nə təyin edilib.

Qeyd edək ki, Tərlan Abbasova Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə ittiham
verilib.

Source link