f12bc373-ec2e-42e9-b566-8d3fc838906a..jpg

Prokuror keçmiş icra başçısının 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib

Baxış sayı: 514 dəfə baxılıb.

Prokuror keçmiş icra başçısının 13 il müddətinə azadlıqdan məhrum edilməsini
istəyib

Şəmkir Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Alimpaşa Məmmədovun cinayət
işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

“Report”un Qərb bürosunun məlumatına görə, Gəncə şəhər Ağır Cinayətlər
Məhkəməsində keçirilən məhkəmədə prokuror Alimpaşa Məmmədovun 13 il azadlıqdan
məhrum edilməsini istəyib.

Bundan sonra hakim təqsirləndirilən şəxsin vəkillərinə müdafiə çıxışlarını
hazırlamaq üçün vaxt verib.

Xatırladaq ki, A.Məmmədov ötən ilin aprel ayında Dövlət Təhlükəsizliyi Xidməti
tərəfindən kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində həbs olunub. Onun
barəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə), 193-1.3.2-ci (cinayət yolu
ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə
səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda
rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə həbs
qətimkan tədbiri seçilib.

Source link