Prokuror qonşusunu öldürənə 14 il cəza istəyib

Prokuror qonşusunu öldürənə 14 il cəza istəyib

Baxış sayı: 9. 416 dəfə baxılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini 1987-ci il təvəllüdlü Şöhrət Qədimovun Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olduqda) və 228.4-cü (qanunsuz olaraq soyuq silah əldə etmə, satma və ya saxlama) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi keçirilib. 

ÇıxışYolu.Com-ın məlumatına görə, ötən ilin oktyabr ayında Kürdəxanı qəsəbəsində, Quşçuluq sovxozunda yaşayan Şöhrət Qədimov aralarında yaranan mübahisə zamanı qonşusu Şeyda Məmmədova yumruq və təpiklə ağır xəsarətlər yetirib.

Şahidlərin köməyi ilə 3 saylı kliniki xəstəxanaya çatdırılan yaralının həyatını həkimlər xilas edə bilməyiblər. Həmin gün şübhəli şəxs Sabunçu RPİ 14-cü polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. 

Bu gün keçirilən iclasda çıxış edən dövlət ittihamçısı təqsirləndirilən şəxsə 14 il cəza təyin edilməsini xahiş edib. 

Növbəti proses ayın 12-nə təyin edilib.  

www.ÇıxışYolu.Com