Tanışının üzərinə benzin töküb yandıran şəxsə ağır cəza

Tanışının üzərinə benzin töküb yandıran şəxsə ağır cəza

Baxış sayı: 6. 665 dəfə baxılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində Səbuhi Ağayevın Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

ÇıxışYolu.Com-ın məlumatına görə, ötən ilin oktyabr ayında Yasamal rayonunda Səbuhi Ağayevlə Anar Muradov arasında şəxsi münasibətlərin aydınlaşdırılması zəminində mübahisə yaranıb.

Sərxoş vəziyyətdə olan Ağayev Muradovun üzərinə yanacaq tökərək, ona od vurub.

Ağır yanıq xəsarətləri alan zərərçəkən 5 saylı şəhər klinik xəstəxasına çatdırılıb, onun həyatını həkimlər xilas ediblər. Şübhəli şəxs Yasamal RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb və istintaqa təqdim edilib. 

Məhkəmənin hökmü ilə S.Ağayev 14 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

www.ÇıxışYolu.Com